Lampedusa

Lampedusa
Ümumi məlumatlar
Sahəsi
  • 20,2 km²
Uzunluğu
  • 8 km
Hündür nöqtəsi 133 m
Əhalisi
  • 6.299 nəf. (2015)[1]
Yerləşməsi
35°31′ şm. e. 12°35′ ş. u.
Ölkə
Vilayət
Rayon
  • Aqrigento
Arxipelaq
Akvatoriya
Lampedusa xəritədə
Lampedusa
Lampedusa
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Lampedusa (yun. Λοπαδούσσα Lopadoussa; it. Isola di Lampedusa) — İtaliyanın Siciliya bölgəsinə bağlı ada. Aralıq dənizində yerləşən ada Peleqi adalar qrupuna daxilidir və bura daxil olan üç adadan ən böyüyü sayılır. Peleqi adalarına daxil olan digər iki ada isə LinosaLampione adalarıdır. Adanın əsas xüsusiyyəti İtaliyanın ən ucqarda yerləşən torpaq sahəsi olmasıdır. Lampedusa adası Şimali Afrika sahillərinə ən yaxın olan Avropa adalarından biridir. Şimali Afrika ölkəsi olan Tunisin sahil ərazilərindən adaya olan məsafə 113 kmdir. Adanın inzibati cəhətdən bağlı olduğu Siciliya olan məsafə 205, Maltaya olan məsafə isə 176 kmdir.[3]

Lampedusa adasının sahəsi 20 km² təşkil edir və adanın ümumi əhalisi 4.500 nəfərə yaxındır. Ada əhalisi əsasən, balıqçılıq, turizmkənd təsərrüfatı ilə məşğul olur. Siciliyanın liman şəhərlərindən olan Porto Empedokle ilə Lampedusa adasına müntəzəm gəmi səfərləri təşkil edilir və ada əhalisi İtaliya ilə olan bağlantılarını əsasən bu səfər üzərindən həyata keçirirlər. Hava daşımaları üçün nəzərdə tutulmuş Lampedusa Regional Hava Limanından Kataniya və Palermo şəhərlərinə uçuşlar həyata keçirilməkdədir. Yay aylarında isə MilanRoma şəhərlərindən mövsümlük turistik uçuşlar icra olunur.

2000-ci illərdən etibarən Lampedusa adası Şimali Afrikadan gələn qanunsuz miqrantların axınına məruz qalmaqdadır. Qaçaq gəmilərlə Şimali Afrika sahilləridən yola çıxan gəmilərin çoxu Aralıq dənizində batıb. 2015-ci ilin aprel ayında baş verən qəzalar nəticəsində 1.500 nəfərdən çox Afroamerikalı şəxs boğularaq vəfat etmişdir.

  1. https://www.legambiente.it/sites/default/files/docs/scheda_lampedusa_def.pdf.
  2. 1 2 archINFORM (alm.). 1994.
  3. Zerafa, Thomas. "When the British planned to make Lampedusa part of the Maltese Islands". Times of Malta. 11 July 2011. 15 November 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 October 2013.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search